Dövlət Statistika Komitəsi (DSK) ölkədə minik avtomobilləri parkının yaş strukturuna dair son məlumatları açıqlayıb.
Eləcə də bax: Azərbaycan avtomobil istehsalını - 22% Azaldıb
FED.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib ki, 2019-cu ildə yeni maşınların (5 ilədək istismar müddəti) ümumi minik avtomobillərində payı son 6 ildə ən aşağı həddə düşüb - 4,2%:
“10 ildən çox istismar müddəti olan minik avtomobillərinin xüsusi çəkisi isə 77,3 % olmaqla ən yüksək həddə çatıb. Bu sahədə ən yaxşı vəziyyət 2014-cü ildə qeydə alınıb. Belə ki, 5 ilə qədər yaşı olanların payı 17%, 10 ildən çox olanların xüsusi çəkisi isə 62% təşkil edib”.
İqtisadçının sözlərinə görə, bu mənzərənin yaranmasında heç şübhəsiz əsas səbəb son illər kreditlə maşın almaq üçün şərtlərin pisləşməsidir:
“Amma digər 2 mühüm səbəbi də gözardı etmək olmaz: gömrükdə maşın idxalı üçün şərtlərin son dərəcə ağırlaşdırılması- vergi yükünün kəskin artımı, əhalinin sosial vəziyyətinin devalvasiyadan sonrakı dövrdə davamlı olaraq pisləşməsi”. (Modern)