Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 212,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Eləcə də bax: Azərbaycan avtomobil istehsalını - 22% Azaldıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4%, sair nəqliyyat vasitələrinin istehsalı 63% artıb, maşın və avadanlıqların istehsalı isə 50,4% artıb.
Yanvar-avqust aylarında Azərbaycanda 1 170 ədəd minik avtomobili istehsal olunub. Bu da illik müqayisәdә 326 әdәd və ya 21,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 119 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ötən dövrü ərzində ölkədə 165 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 79,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb. (Report)