Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə müasir elektrik və hibrid avtomobillərin istehsalı ilə bağlı ilkin müzakirlər aparılır.
Eləcə də bax: Azərbaycana yeni hibrid - AVTOMOBİLLƏR GƏTİRİLİR - SİYAHI
Bu barədə FED.az-a iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Onun sözlərinə görə, mühakirələr yerli və xarici iş adamları ilə aparılır: «Bu asan məsələ deyil, kifayət qədər byöük investisya və texnologiyalar tələb olunur. Hazırda bu məsələlər gündəmdədir. İqtisadiyyat nazirliyi həm yerli və həm də xarixi iş adamları ilə bu məsələləri müzakirə edir. Buna zaman tələb olunur».
Nazir müavini müzakirələrin aparıldığı şirkətlərin adını açıqlamasa da, bildirib ki, müzakirələr aparılır: «Azərbaycan həm texnoloji, də yeni istehsal sahələrinin inkişaf etdirilməsi baxımından dünyada gedən proseslərdən geri qalmaq niyyətində deyil. Amma qeyd etdiyiniz məsələ kifayət qədər ciddi hazırlıq işləri və iri investiiyaların cəlb edilməsini tələb edir».
Nazir müavini bildirib ki, yerli istehsalın təşkil edilməsi üçün istehlakçılarda bu məhsullara tələbat da yüksək olmalıdır: «İndi ölkəyə gətirilən belə avtomobillər əsasən ikinci əl bazarıdır. Bu baxımından onların qiymətlirə daha da aşağıdır»-deyə nazir müavini bildirib.