2019-ci illə müqayisədə 2020-ci ildə Azərbaycanda hər 1000 nəfərə düşən avtomobillərin sayı 5 ədəd artaraq 148-ə, hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı isə 5 ədəd artaraq 127-yə yüksəlib.
Eləcə də bax: Azərbaycanda sayı ən çox artan və ən çox sürülən avtomobillər - AÇIQLANDI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı isə 2 ədəd artaraq 56-ya yüksəlib.
2019-ci illə müqayisədə 2020-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 55 min 159 ədəd artaraq 1 milyon 473 min 563 ədədə çatıb. O cümlədən minik avtomobillərinin sayı 50 min 449 ədəd artaraq 1 milyon 264 min 542 ədədə, yük avtomobillərinin sayı 4 min 112 ədəd artaraq 154 min 659 ədədə, motosikllərin sayı 525 ədəd artaraq 4594 ədədə yüksəlib. Avtobusların sayı 26 ədəd azalaraq 30 min 757 ədədə düşüb. (Marja)