2019-ci illə müqayisədə 2020-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 55 min 159 ədəd artaraq 1 milyon 473 min 563 ədədə çatıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, o cümlədən minik avtomobillərinin sayı 50 min 449 ədəd artaraq 1 milyon 264 min 542 ədədə, yük avtomobillərinin sayı 4 min 112 ədəd artaraq 154 min 659 ədədə yüksəlib. Avtobusların sayı isə 26 ədəd azalaraq 30 min 757 ədədə düşüb.
Minik avtomobillərin markaları üzrə bölgüsünə görə, Azərbaycanda ən çox VAZ, Mercedes, Hyundai, Opel, Toyota, KİA, Nissan, BMW, Chevrolet, Volkswagen və Mitsubishi markalı avtomobillər sürülür.
2019-ci illə müqayisədə 2020-ci ildə Azərbaycanda ən çox Toyota (+7,948), Chevrolet (+7,566), Hyundai (+6,878), KİA (+5,543), Opel (+4,954), Mercedes (+2,990), Ford (+2,952) və BMW (+2,191) markalı avtomobillər artıb.
Komitənin hesabatında, Azərbaycanda Vaz markalı avtomobillərin sayının azalması diqqəti çəkir. (Marja)