Azərbaycanda satılan yeni «Opel» avtomobilləri ucuzlaşacaq.
FED.az xəbər verir ki, buna «Opel»in ölkəmizə gətirilən bəzi modellərinin indiyədək olduğu kimi, Almaniyada deyil, Rusiyada istehsala olunacağıdır.
Eləcə də bax:Türkiyədən Azərbaycana avtomobil - İXRACI ARTIB
Belə ki, bu ildən etibarən Rusiyanın Kaluqa şəhərindəki «Opel» zavodunda istehsal olunan «Opel» avtomobillərinin model sayı 2-dən 6-ya qaldırılır. Sözügedən zavodda indiyədək «Zafira Life» minivenləri və «Grandland X» krossoverləri ilə yanaşı, «Vivaro» furqonları və daha 3 model istehsal olunacaq.
Eləcə də bax:2019-cu ildə “AvtoVAZ” Azərbaycanda satış həcmini - 38% ARTIRIB
Opel avtomobillərinin ölkəmizdəki rəsmi satış təmsilçisindən FED.az-a verilən məlumata görə, planlar baş tutarsa mart-aprel aylarından etibarən Rusiyada istehsal olunan opellər ölkəmizə gətiriləcək. Bu zaman qiymətlər də əvvəlki ilə müqayisədə daha ucuz olacaq. Qeyd edək ki, hazırda Opelin ölkəmizdəki rəsmi distrübuter avtomobilləri Almaniyadən gətirir.
Eləcə də bax:“Tokyo Auto Salon 2020” səgisində - 800-Ə YAXIN YENİ MODEL - FOTO
Məlumat üçün bildirək ki, Azərbaycanda “Cahan Motors” tərəfindən Opelin İnsiqnia, Corsa, Astra və Mokka modelləri satılır.
Qeyd edək ki, "Opel İnsiqnia"ların qiyməti 45,9 – 85 min manat arasında dəyişir. "Corsa"lar 27 900 manata, "Astra"lar 39 900 manata, "Mokka"lar isə 38 900 manata təklif olunur.