“Improtex Motors” şirkəti Azərbaycanda «BMW»nin yeni modelini «BMW i3»ü təqdim edib.
Eləcə də bax: 2021 "BMW M5" - TƏQDİM EDİLDİ
FED.az xəbər verir ki, artıq müştərilər daha yüksək 94 A/s batareyası və 33 kVt/s enerji ehtiyatı olan, 170 a.g. və 250 Nm mühərrikli BMW i3 versiyasını sifariş edə biləcəklər. Yenilənmiş “BMW i3” bir tam enerji yığımı ilə 300 kilometr gedə bilir, əlverişsiz hava şəraitində və ya kondisioner, istilik sistemləri işə salındıqda isə bu məsafə 200 kilometrə düşür. Avtomobil 100 km/s sürətini cəmi 7,3 saniyəyə yığır, saatda 80-dən 120 kmədən sürəti isə 5,1 saniyəyə toplayır. «Əvvəllər bu cür sürətlənmə vaxtını yalnız daxili yanma mühərrikləri (yəni ənənəvi motoru) olan avtomobillər nümayiş etdirə bilərdilər»-deyə şirkət bildirir.
Eləcə də bax: Bakıda «Skoda»nın 3 yeni modeli – QİYMƏTLƏR, ŞƏRTLƏR
Bu maşını 50 kvt gücündə daim cərəyanla doldurmaq mümkündür. Daim cərəyanla tez doldurulması üçün uyğunlaşdırılmış müasir enerji doldurma stansiyaları «BMW i3» batareyasını 40 dəqiqədən az müddətdə 80 faizədək doldurur.
Eləcə də bax: Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR
Əlavə olaraq “BMW i3”ün baza komplektasiyasına kameralı və “Stop&Go” funksiyalı kruiz-kontrol, tıxaclarda hərəkət zamanı kömək, sürət məhdudiyyəti haqqında məlumat, şəhərdə avtomatik dayanma funksiyası olan qəza hallarının və piyadaların vurmasının qarşısının alınması sistemi, eləcə də yollarda intellektual yardım sistemi olan “Driving Assistant Plus” paketi daxildir.
Eləcə də bax: Naxçıvanda yeni avtomobilin istehsalı başladı - 6,2 LİTR YANDIRIR - OİYMƏT
Bundan başqa avtomobilin baza avadanlıqlarına iDrive əməliyyat sistemi, çoxfunksiyalı BMW iRemoteApp, köməkçi qızdırıcı, sürücülük rejimini dəyişdirmə, radio professional, kondisioner, dəri sükan, LED gündüz işıqlar, arxa bamper sensorları ilə parketmə sistemi “Park Distance Control” daxildir, həmçinin adi rozetkaya qoşulmaq üçün doldurma kabeli daxildir.
Qeyd edək ki, BMW Azərbaycanda yeganə avtomobil brendidir ki, avtomobillərinə 4 il (və ya 200.000 kilometr) tam zavod zəmanəti verir. Əlavə olaraq “BMW i” markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min kilometr), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min kilometr) ayrıca zavod zəmanəti təqdim edilir.
Qeyd edək ki, “Improtex” Şirkətlər Qrupu Azərbaycanda BMW ilə yanaşı, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin də rəsmi idxalçısıdır.