Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayında artım qeydə alınıb.
Taksilərə sərt vergi nəzarəti başlayır – HƏR MAŞİN ÜZRƏ GƏLİR HESABATI - YENİ QƏRAR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2024-cü ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1140 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 10,2 faiz artıb.