Azərbaycanda taksi xidmətinə daha bir qurum nəzarət etməyə başlayır.
FED.az xəbər verir ki, bundan sonra taksi fəaliyyətinə Vergi Xidməti də nəzarət edəcək. Bu Nazirlər Kabinetinin yeni qərarından sonra baş verib.
Nazirlər Kabineti «Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı»nı təsdiqləyib.
Qərara əsasən, faktiki olaraq hər bir taksi avtomobili üzrə bütün gəlirləri barədə vergiyə hesabat verəcək.
Belə ki, yeni qərara görə, Taksi sifarişi operatorları hər ay vergi xidmətinə maşının modeli, qeydiyyat nişanı və markası ilə yanaşı, taksi operatoru və taksi avtomobili üzrə əlaç məumatlar da verməlidirlər.
Məsələn, taksi operatorları üzrə vergi xidmətinə hər ay taksi xidmətinə görə əldə edilən xidmət haqqı məbləği – yəni sürücülərdən alınan komissiya barədə məlumat verməlidirlər
Bundan başqa, operatorun nəzarətində olan hər bir taksi avtomobili üzrə – sürücünün ad soyadı, FİN kodu, VÖEN nömrəsi göstərilməlidir.
Əsas yenilik isə bundan sonra başlayır, belə ki, hər bir avtomobil üzrə sifarişçidən qəbul edilən gediş haqqı. Nağd və ya qeyri-nağd alınan məbləğlər ayrıca göstərilməklə vergr xidmətinə məlumat verilməlidir. Bundan əlavə son nəticədə hər taksi avtomobili üzrə gediş haqqından gəlir barədə məlumatlar Vergi Xidmətinə bəyan ediləcək.