Dövlət Gömrük Komitəsi Azərbaycana bu ilin noyabrında idxal olunan avtomobillərin miqdarını açıqlayıb.
FED.az Gömrük Komitəsinə əsasən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrünə nəzərən 2,31 dəfə artaraq 22 min 714 ədəd təşkil edib.
Eləcə də bax: Ət, yağ, meyvə-tərəvəz idxalı artıb, süd, çay, buğda, şəkər idxalı azalıb - CƏDVƏL
Xatırladaq ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzidə ölkəyə 9 min 828 ədəd maşın idxal olunmuşdu.
Ölkəyə gətirilən avtomobillərin 2018-ci ilin yanvar-noyabr aylarıda ötən ilin eyni dövrünə nəzərən dəyişməsi aşağdakı kimi olub:
-Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri 66 ədəd (39,05%) artaraq 235 ədəd,
- Əsaən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 2,38 dəfə artaraq 20 min 429 ədəd,
-Yük daşımaq üçün motorlu nəqliyyat vasitələri 1,91 dəfə artaraq 1 min 938 ədəd,
-Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri 1,6 dəfə artaraq 112 ədəd olub.
Azərbaycanda avtomobil idxalı 2,31 dəfə artıb
10:56
17 Dek 2018