Azərbaycanad avtomobil idxalı 2 dəfəyə yaxın artıb.
2019-cu ildə Azərbaycana 47 710 ədəd avtomobil idxal olunub. FED.az Dövlət Gömrük Komitəsinə(DGK) istinadən xəbər verir ki, bu, 2018--ci illə müqayisədə 18 834 ədəd (1,65 dəfə)və ya 65,2% çoxdur. Qeyd edək ki, ötən il Azərbaycana 28 876 ədəd avtomobil idxal olunub.
Eləcə də bax:Azərbaycanda bu modeldən yeni avtomobillər - UCUZLAŞACAQ
Ötən il avtobus idxalı 250 ədəd və ya 84,2% artaraq 547 ədəd, minik avtomobilləri 17 009 ədəd və ya 65,05% artaraq 43 156 ədəd, yük maşınlarının idxalı 1 480 ədəd və ya 64,35% artaraq 3 780 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 95 ədəd və yab 72% artaraq 227 ədəd təşkil edib.