Bu ilin ilk 10 ayında Azərbaycana 1 milyard 606 milyon 638 min dollar dəyərində 86 min 909 ədəd minik avtomobili idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı dəyər ifadəsi ilə 402,6 milyon dollar və ya 33,4%, miqdar ifadəsi ilə isə 22 min 405 ədəd və ya 34,7% artıb.
Ötən ilin eyni dövründə xaricdən 1 milyard 204 milyon dollar dəyərində 64 min 504 ədəd minik avtomobili gətirilmişdi.
1 ədəd minik avtomobilinin orta idxal qiyməti 2025-ci ilin 10 ayının nəticələrinə görə orta hesabla 18 min 486 dollar (təxminən 31 min 426 manat) olub ki, bu da son bir ildə 197 dollar (təxminən 335 manat) və ya 1,1% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında isə 1 ədəd minik avtomobilinin orta idxal qiyməti 18 min 683 dollar (təxminən 31 min 761 manat) təşkil edib.












