Azərbaycana xaricdən idxad edilən avtobusların qiyməti kəskin artıb.
Eləcə də bax: Azərbaycana xaricdən avtomobil idxalı – KƏSKİN AZALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yanvar-may ayları üzrə hesabatından məlum olur.
Hesabata əsasən ilk 5 ayda ölkəyə ümumi dəyəri 43 milyon 849 min dollar olan 292 avtobus gətirilib. Bir avtobusun orta qiyməti 150 min dollar ətrafında olub.
Ötən ilin eyni dövründə isə ölkəyə gətirilən avtobusların qiyməti daha aşağı olub. DGK-nin məlumatına görə, 2021-ci ilin ilk 5 ayında ölkəyə ümumi dəyəri 4 milyon 625 min dollar cəmi 51 avtobus gətirilmişdi. Bir avtobusun orta qiyməti 90,7 min dollar təşkil edib.