Cari ilin yanvar-avqust aylarında Azərbaycana 91 milyon 967 min dollar dəyərində 5 min 485 ədəd yük avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə yük avtomobillərinin idxalı dəyər ifadəsi ilə 21 milyon 48 min dollar və ya 30% , miqdar ifadəsi ilə 982 ədəd və ya 22% artıb.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycana 70 milyon 919 min dollar dəyərində 4 min 483 manatlıq yük avtomobili gətilib.
1 ədəd yük avtomobilinin orta idxal qiyməti 2024-cü ilin səkkiz ayına görə orta hesabla 16 min 828 dollar (28 min 220 manat) olub ki, bu da son bir ildə 1 009 dollar (1 715 manat) və ya 6% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd yük avtomobilinin orta idxal qiyməti 15 min 820 dollar (26 min 893 manat) olub.