Cari ilin yanvar-avqust aylarında Azərbaycana 973 milyon 441 min dollar dəyərində 53 min 6 ədəd sərnişin minik avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı dəyər ifadəsi ilə 8 milyon 859 min dollar və ya 0,9% , miqdar ifadəsi ilə 7 min 916 ədəd və ya 13% azalıb.
1 ədəd minik avtomobilinin orta ixrac qiyməti 2024-cü ilin səkkiz ayına görə orta hesabla 18 min 365 dollar (31 min 220 manat) olub ki, bu da son bir ildə 2 min 532 dollar (4 min 304 manat) və ya 16% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd minik avtomobilinin orta ixrac qiyməti 15 min 833 dollar (26 min 916 manat) olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 2 627 ədəd minik avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatından məlum olur ki, belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 685 ədəd və ya 35,3% artıb.
2023-cü ilin yanvar-avqust aylarında bu göstərici 1 942 ədəd təşkil edib.
2024-cü ilin 1 sentyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 228 ədəd və ya 2 dəfə azalaraq 226-ya düşüb.
2023-cü ilin 1 sentyabr tarixinə bu göstərici 454 ədəd olub.