2021-ci ildə ümumilikdə Azərbaycana 84 596 nəqliyyat vasitəsi idxal olunub.
Eləcə də bax: Gömrük Komitəsi: "Azərbaycanda köhnə avtomobillər çoxdur"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsi rəisinin müavini Əsgər Məmmədov bildirib.
“Bu nəqliyyat vasitələrindən yanacaq növünə görə 50 114-ü benzin, 21 392-i dizel, 158-i elektrik, 12 932 ədədi isə hibrid avtomobilləri olub”, - Ə. Məmmədov qeyd edib.
O, ötən ildə ölkəyə gətirilən nəqliyyat vasitələri haqqında statistik məlumatları diqqətə çatdırarkən bildirib ki, 2020-ci il ərzində isə ölkəyə 49 431 nəqliyyat vasitəsi gətirilib.