Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 835 376,72 min ABŞ dolları dəyərində 81 726 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 45% və 70,8% çoxdur.
Eləcə də bax: Xaricdən gətirilən avtomobillər üçün – AKSİZLƏR ARTIRILACAQ – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə ölkəyə 704 752,71 min dollar dəyərində 76 348 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən dəyər baxımından 45,3%, say baxımından isə 72,4% çoxdur.
Bundan başqa, bu ilin ilk 11 ayında ölkəyə 81 231,94 min dollar dəyərində 5 024 vahid (ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 65,7%, say baxımından isə 56,8% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 213 vahid (10 vahid az) 32 604,40 min dollar dəyərində (30% çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 141 vahid (4 vahid çox) 16 787,67 min dollar dəyərində (2,7% az) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ölkəyə dəyəri 69 726,89 min dollar (ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,8 dəfəyədək çox) təşkil edən 11 464 vahid (2,5 dəfədən çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 3 131,95 min dollar (61,9% az) dəyərində 153 vahid (7 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.