Rusiyanın “Aurus” lüks avtomobillərinin ilk ixrac tədarükü Azərbaycana, Bəhreynə, Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilib.
Eləcə də bax: Xaricdən Azərbaycana avtomobil daşıyırlar - RƏQƏMLƏR AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Rusiya sənaye və ticarət naziri Denis Manturov parlamentdəki çıxışı zamanı bildirib.
Onun dediyinə görə, Rusiyanın ilk lüks avtomobil brendi olan “Aurus”un ixracatı daha çox Yaxın Şərq və Şimali Afrika ölkələrinə nəzərdə tutulur.