Azərbaycan Belarusdan 550 traktor alacaq, bununla bağlı müqavilə imzalanıb.
Eləcə də bax: Bu il Gəncədə 1,3 min ədədə yaxın Belarus traktorunun yığılması - Planlaşdırılır
FED.az xəbər verir ki, bunu Belarusun sənaye naziri Pyotr Paxomçik deyib.
Nazir bildirib ki, Minsk avtomobil zavodunun istehsalı 6 nəqliyyat vasitəsinin tədarükü məsələsi artıq müzakirə olunub:
"Bundan başqa, Azərbaycan tərəfi təkcə traktorların satın alınmasında deyil, həm də ölkədə istehsalın təşkil olunmasında maraqlıdır. "
Onun sözlərinə görə, Bakı traktorların alınması üçün Minsklə 9 milyon dollar məbləğində müqavilə imzalayıb:
"Hazırda "Belkommunmaş" müəssisəsinin istehsalı olan 4 elektrobusun sınaqları davam edir. Bu sınaqların nəticələri əsasında həmin nəqliyyat vasitələrinin istehsalını təşkil edəcəyik. Biz Azərbaycanı təmin etməklə yanaşı, İran və Türkiyə bazarlarına çıxış əldə etməyi planlaşdırırıq". (Trend)