2022-ci ilin ilk iki ayı üzrə Azərbaycanda istehsal edilən minik avtomobilləri üzrə göstərici bunu deməyə əsas verir ki, ölkə zavodları istehsalı dayandırıb.
Eləcə də bax: Rusiyanı tərk edən avtomobil istehsalçıları - ŞİRKƏTLƏR - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ölkə zavodları yanvar ayında 105 minik avtomobili istehsal etdiyi halda, fevral ayında cəmi 3 ədəd idtehsal edilib. Bu da öncəki ilin müvafiq dövründə 51.4% kəskin azalma vardır.
Sonuncu dəfə bu qədər azalma 2020-ci ilin aprel və may aylarında qeydə alınmışdı. Həmin aylarda istehsal tam dayanmışdı.
Yanvar ayında 43, fevral ayında isə 80 minik avtomobili anbarlardan satışa yönəlib.
Beləliklə, fevral 2022-ci il tarixinə minik avtomobilinin anbarlarda sayı 322 ədəd olub.