Neftçala sənaye zonasında yerləşən "Xəzər" Azərbaycan-İran birgə avtomobil zavodunda ilk avtomobillərin istehsalına başlanılıb.
FED.az xəbər verir ki, zavodda "Khazar" markalı avtomobillər, gələcəkdə isə "Renault" və "Peugeot"un bir sira modelləri istehsal ediləcək.
Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.
Eləcə də bax: “Ehtiyac olsa, xarici avtomobillərə rüsumu artaracağıq”
Eləcə də bax: Bu avtomobillər hər ay ucuzlaşır – AVTOMOBİL BAZARI