Bu ilin yanvar ayında Azərbaycana 68,2 milyon ABŞ dolları dəyərində 5 685 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə müvafiq olaraq 27,7 % və 22,5 % çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 77,4 % artaraq 55 ədəd (6,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,4 % artaraq 5 231 ədəd (49 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 1 137-si (10,3 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 13-ü (505,4 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,5 dəfə, ikincinin isə 6,5 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 0,3 % azalaraq 366 ədəd (8,9 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,5 dəfə artaraq 33 ədəd (3,7 milyon ABŞ dolları dəyərində) olub.