2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 74 milyon 771 min dollar dəyərində 6 588 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsi idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobillərinin idxalı dəyər ifadəsilə 35,2 milyon dollar və ya 32% azalıb, miqdarca isə 1 155 ədəd və ya 14,9% geriləyib.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə 110 milyon dollarlıq 7 743 ədəd yük avtomobili idxal edilmişdi.
Hesabat dövründə 1 ədəd yük avtomobilinin orta idxal qiyməti 11 min 350 dollar (təxminən 19 min 295 manat) olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 865 dollar (təxminən 4 870 manat) və ya 20,2% ucuzlaşma deməkdir.
Ötən ilin 10 ayında bir yük avtomobilinin orta idxal dəyəri 14 min 215 dollar (təxminən 24 min 165 manat) idi.












