Bu ilin ilk 9 ayında Azərbaycana 1 milyard 605 milyon 21 min dollar dəyərində 85 min 257 ədəd avtomobil idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı dəyər ifadəsi ilə 336,6 milyon dollar və ya 26,5%, miqdar ifadəsi ilə isə 18 min 972 ədəd və ya 28,6% artıb.
Ötən ilin eyni dövründə xaricdən 1 milyard 268 milyon 436 min dollar dəyərində 66 min 285 ədəd avtomobil gətirilmişdi.
1 ədəd avtomobilin orta idxal qiyməti 2025-ci ilin 9 ayının nəticələrinə görə orta hesabla 18 min 825 dollar (32 min 3 manat) olub ki, bu da son bir ildə 333 dollar (566 manat) və ya 1,7% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-sentyabr aylarında isə 1 ədəd avtomobilin orta idxal qiyməti 19 min 158 dollar (32 min 569 manat) olub.
Ümumilikdə digər növ avtomobillərin idxalı aşağıdakı cədvəldə göstərilən miqdarda və məbləğdə olub.
Avtomobillərin idxalı haqqında məlumat (2025-ci il, yanvar-sentyabr)
XİF MN üzrə malın kodu |
Malın adı |
Miqdarı (ədəd) |
Statistik dəyəri (min ABŞ dolları) |
Cəmi idxal olunmuşdur, o cümlədən: |
85 257 |
1 605 020.98 |
|
8702 |
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri |
652 |
68 976.90 |
8703 |
Əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri |
78 205 |
1 431 843.32 |
ondan: |
|||
870340 870350 |
elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri |
12 555 |
263 999.71 |
870360 870370 |
elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri |
31 873 |
604 619.08 |
870380 |
yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri |
1 559 |
48 210.71 |
8704 |
Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri |
6 030 |
70 557.87 |
8705 |
Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri |
370 |
33 642.89 |