Bu ilin ilk 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 35 milyard 376 milyon dollar (60 milyard 138 milyon manat) təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 877,3 milyon dollar (1 milyard 491 milyon manat) və ya 2,5% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 34 milyard 498 milyon dollar (58 milyard 647 milyon manat) olmuşdu.
Bu ilin ilk 9 ayında Azərbaycan 18 milyard 606 milyon dollar (31 milyard 631 milyon manat) həcmində məhsul ixrac edib.
İxrac ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 248 milyon dollar (2 milyard 122 milyon manat) və ya 6,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 19 milyard 855 milyon dollar (33 milyard 753 milyon manat) dəyərində məhsul ixrac olunmuşdu.
Bu il 9 ayında ümumi ticarət dövriyyəsinin 52,60%-ı ixracın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 57,55% olub.
Hesabat dövründə Azərbaycana 16 milyard 769 milyon dollar (28 milyard 507 milyon manat) həcmində məhsul idxal edilib.
Bu da illik müqayisədə dəyər ifadəsilə 2 milyard 126 milyon dollar (3 milyard 614 milyon manat) və ya 14,5% çoxdur.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 14 milyard 643 milyon dollar (24 milyard 893 milyon manat) dəyərində məhsul idxal olunmuşdu.
Bu il 9 ayında ümumi ticarət dövriyyəsinin 47,40%-ı idxalın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 42,45% olub.
Yekunda, Azərbaycanın xarici ticarətində 1 milyard 837 milyon dollar (3 milyard 124 milyon manat) müsbət saldo yaranıb.
Müsbət ticarət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 374 milyon dollar (5 milyard 736 milyon manat) və ya 2,9 dəfə azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda xarici ticarət saldosu 5 milyard 212 milyon dollar (8 milyard 860 milyon manat) təşkil etmişdi.