Bu ilin ilk 7 ayı ərzində xarici ölkələrdən Azərbaycana 7 milyon 732 min dollar dəyərində 129 ədəd avtobus gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xaricdən idxal olunan bir ədəd avtobusun orta gömrük dəyəri 59 min 940 dollar (101 min 898 manat) olub.
Hesabat dövründə say ifadəsində ə çox avtobus Cənubi Koreyadan gətirilib. Bu ölkədən 7 ay ərzində 4 milyon 11 min dollar dəyərində 78 avtobus idxal edilib və bir ədəd avtobusun orta ixrac qiyməti 51 min 423 dollar (87 min 420 manat) təşkil edib.
Koreyadan sonra növbəti yerdə Almaniya olub. Bu ölkədən ümumilikdə 2 milyon 260 min dollar dəyərində 34 ədəd avtobus ixrac olunub. İxrac edilən avtobusların orta ixrac dəyəri 66 min 484 dollar və ya 113 min 23 manat təşkil edib.
Çindən 378,8 min dollarlıq 11 ədəd avtobus gətirilib ki, onun da orta ixrac qiyməti 34 min 432 dollar, başqa sözlə 58 min 534 manat təşkil edib.
İspaniya Azərbaycana 749,1 min dollar dəyərində 4 ədəd avtobus ixrac edib. Yeddi ayın nəticələrinə görə bu ölkədən gətirilən avtobusların orta ixrac dəyəri 187 min 290 dollar, başqa sözlə 318 min 390 manata bərabər olub.
Son olaraq Türkiyə 332,8 min dollar dəyərində 2 ədəd avtobus ixrac edib və ota ixrac qiyməti 166 min 415 dollar başqa sözlə 282 min 906 manat olub.
Bu dövrdə Türkiyədən 217,6 min dollar dəyərində 1 ədəd avtobus gətirilib.