Rusiyanın "Avtovaz" şirkəti "Kamaz"a məxsus "United Automotive Technologies "ASC-nin nizamnamə kapitalının 40%-ni alacaq.
Eləcə də bax: "Kamaz"ın xalis mənfəəti - 51% ARTIB
FED.az xəbər verir ki, bu barədə "Kamaz"ın mətbuat xidmətindən bildiriblər.
“"Avtovaz" və "Kamaz"ın Direktorlar Şurası birgə ortaqlığın yaradılması ilə "United Automotive Technologies "ASC-nin nizamnamə kapitalında payların dəyişdirilməsini təsdiqlədi (Səhmlərin 45%-i “Kamaz”ın, 40%-i isə "Avtovaz" SC-nin olacaq)", - məlumatda bildirilir.
Kamaz qeyd edib ki, müvafiq icazələr alındıqdan sonra sövdələşmənin 2021-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
"Hazırda "United Automotive Technologies "ASC-nin (qrup) transformasiyası planı razılaşdırılıb ki, bu da qrupun şirkətlərinə yeni müştərilər cəlb etməyə, yeni layihələr hazırlamağa və Rusiya Federasiyasında onların əməliyyat və mühəndislik inkişafına sərmayə qoymağa imkan verəcək", - deyə istehsalçı əlavə edib.
Bundan əvvəl Rusiya Federasiyası Federal Antiinhisar Xidmətinin (FAS) rəsmi saytında “United Automotive Technologies” ASC-nin səsvermə hüququ olan səhmlərinin 40%-nin alınması üçün “Avtovaz”ın müraciətinin daxil olması barədə bildiriş dərc olunmuşdur. (Marja)