2021-ci ilin yanvar-sentyabr aylarında "Kamaz"ın xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə 51% artaraq 3,3 milyard rubl təşkil edib.
Eləcə də bax: "KamAZ" Azərbaycanda yeni servis mərkəzləri - AÇACAQ
FED.az. xəbər verir ki, bu barədə avtomobil istehsalçısının Rusiya mühasibat uçotu standartlarına əsasən hazırlanmış hesabatda bildirilir.
Kamazın gəliri isə 32% artaraq 169.091 milyard rubla çatıb. Vergidən əvvəlki mənfəət üç dəfədən çox artaraq 4.32 milyard rubl olub.
Kamaz Rusiyanın ən böyük yük maşını istehsalçısıdır, dünyanın iyirmi aparıcı istehsalçısından biridir. Şirkət yük maşınları, qoşqular, avtobuslar, mühərriklər, güc qurğuları və müxtəlif alətlər istehsal edir. Kamaz-ın ən böyük səhmdarları "Rostec" dövlət korporasiyası (49,9%), "Avtoinvest" (23,54%) və "Daimler Truck" (15%, Alman avtomobil konserni Daimler-in törəməsi ) şirkətləridir. (Marja)