“AvtoVAZ”ın əməkdaşları “elektron komponentlərin tədarükündə davam edən böhran” səbəbindən aprelin 4-dən aprelin 24-dək “planlı” korporativ məzuniyyətə çıxacaqlar”.
Eləcə də bax: Rusiyanı tərk edən avtomobil istehsalçıları - ŞİRKƏTLƏR - SİYAHI
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
Yalnız yeni layihələr üzərində işləyən və onları istehsala hazırlayan mühəndis şöbələri, İjevsk və Tolyattidə istehsal infrastrukturunun fəaliyyətini təmin edən şöbələr, bir sıra maddi-texniki təminat şöbələri və müştərilərə xidmət və ehtiyat hissələrinin paylanması üçün şöbələrin və törəmə müəssisələrin işçilərinin bir hissəsi aprel ayında tətilə getməyəcək. (Marja)