Rusiyanın AvtoVAZ şirkəti yeni kommersiya avtomobilləri markası olan SKM-ni elan edib.
Rusiyanın AvtoVAZ şirkəti: Renault geri qayıtmaq istəsə, ən azı 1,3 milyard dollar ödəməlidir
FED.az xəbər verir ki, bu brend altında mikroavtobuslar və furqonlar istehsal olunacaq.
AvtoVAZ-ın mətbuat xidməti əlavə edib ki, SKM avtomobilləri Lada Largus və daha böyük kommersiya avtomobilləri arasında mövqe tutacaq.
Avtomobillərin istehsalına, satışına başlama tarixləri, texniki göstəriciləri hələlik məlum deyil, lakin onlar bu barədə sonra açıqlama verəcəklərini vəd ediblər. (Marja)