Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ-ın rəhbəri Maksim Sokolov bildirib ki, şirkətdəki payını satan Renault geri qayıtmaq istəsə, ən azı 112,5 milyard rubl (təxminən 1,3 milyard dollar) ödəməli olacaq.
AvtoVAZ Lada e-Aura elektrik avtomobilinin prototipini buraxıb
FED.az xəbər verir ki, Moskvada jurnalistlərə açıqlama verən Sokolov, fransız Renault-nun əvvəllər əsas səhmdarı olduğu AvtoVAZ ilə yenidən ortaqlığa girəcəyi ilə bağlı iddiaları dəyərləndirib.
Sokolov, Renault-nun yola düşməzdən əvvəl AvtoVAZ-a ildə orta hesabla 20-22 milyard rubl sərmayə yatırdığını və AvtoVAZ-ın Fransa şirkəti getdikdən sonra da bu investisiyaları davam etdirdiyini bildirib.
Keçən dövrdə investisiya məbləğinin ildə 40 milyard rublu keçdiyinə diqqət çəkən Sokolov, "Aydındır ki, bu sərmayələr bir şəkildə qarşılanmalıdır, bu səbəbdən giriş qiyməti çıxış qiymətinə bərabər olmayacaq. Renault geri qayıtmaq istəsə, ən azı 112,5 milyard rubl (təxminən 1,3 milyard dollar) ödəməli olacaq", - deyib.
Renault Ukrayna müharibəsindən sonra Rusiyadakı fəaliyyətini dayandırıb, şirkətin aktivləri də Rusiya dövlətinə keçib.
Lada markalı avtomobillərin də istehsalını həyata keçirən AvtoVAZ-ın Qərb şirkətlərinin geri çəkilməsindən sonra Rusiyada satışları xeyli artıb. (Marja)