Rusiyanın "AvtoVAZ" şirkətinin Direktorlar Şurası şirkətin 2023-cü il üçün 401,6 min avtomobil istehsal planını təsdiqləyib.
Keçmiş Nissan zavodu AvtoVAZ-ın rəhbərliyi altında istehsalı - BƏRPA EDƏCƏK
FED.az xəbər verir ki, bu barədəRusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyindən bildirilib.
2022-ci ilin may ayından şirkətin Direktorlar Şurasına baş nazirin müavini - Sənaye və ticarət nazi Denis Manturov rəhbərlik edir.
“AvtoVAZ” ASC-nin direktorlar şurası tərəfindən təsdiq edilmiş 2023-cü il üçün istehsal planı 401,6 min avtomobil təşkil edir”, - nazirlikdən bildirilib.
"AvtoVAZ"ın zavodları ildə 500 min avtomobil istehsal etmək gücündədir. "AvtoVAZ" Togliatti və İjevskdə istehsal sahələrinə sahibdir.
Mayın ortalarında Fransanın Renault şirkətinin "AvtoVAZ" şirkətindəki payı (67,69%) Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçib. "AvtoVAZ"ın yeni rəhbərliyi bütün modellərin istehsalını 2023-cü ildə bərpa etmək niyyətindədir. İndi brend dörd model ailəsindən ibarətdir: Vesta, Largus, Granta və Niva. (Marja)