Bu gün ABŞ və Avropadakı avtomobil şirkətlərinin səhmləri bahalaşmağa başlayıb.
FED.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, avtomobil şirkətlərinin səhmləri Çin hökumətinin ABŞ istehsalı olan avtomobillərin idxal rüsumlarını azaltmağa hazırlaşdığı barədə məlumatın yayılmasından sonra bahalaşmağa başlayıb.
ELƏCƏ DƏ BAX: "Volkswagen"i Türkiyə buraxacaq
Yaxın günlərdə Çinin avtomobil idxalı rüsumlarını hazırkı 40 faizdən 15 faizədək azaltmaqla bağlı təklif müzakirəyə çıxaracağı bildirilib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Argentinada G-20 sammiti çərçivəsində Çin dövlət başçısı ilə görüşdən sonra Pekinin belə bir addım atmağa razılıq verdiyini bildirmişdi.
Bu gün yayılan xəbərdən sonra ABŞ-ın “General Motors” və “Ford” avtomobil şirkətlərinin səhmləri 2 faiz bahalaşıb. Avropada BMW, “Volkswagen” və “Daimler” avtomobil şirkətlərinin səhmləri isə 2,3-4 % bahalaşıb.
Avtomobil şirkətlərinin səhmləri bahalaşdı – SƏBƏB

21:57
11 Dek 2018