Almaniyanın avtomobil istehsalçısı Volkswagen (VW), Türkiyədə illik 5 min nəfərə məşğulluq təmin edəcək zavodunu tikməyi planlaşdırır.
FED.az xəbər verir ki, VW, zavod sərmayəsi üçün Bolqarıstan və Türkiyə arasında seçim edib. Mənbələr, Türkiyənin seçilməsinə ölkənin avtomobil istehsalında təcrübəsinin səbəb olduğunu qeyd edirlər. 2022-ci ildə fəaliyyətə başlayacaq zavodda, ilk etapda qrupa daxil olan Skoda və Seat modelləri istehsal olunacaq. Bu iki model VW qrupunun markalarından biri olan Skoda-nın Çexiyada Kvasiny-dəki zavodunda istehsal olunur. Kvasinydəki istehsalın Türkiyəyə köçürülməsinin ardından isə, şirkətinin Almaniyanın Emden və Hannover şəhərlərindəki zavodları elektrikli modellərə ayırılacaq. Passat modelinin istehsalı isə Kvasinyə köçürüləcək.
ELƏCƏ DƏ BAX: Sürücülük vəsiqəsi imtahanının - SİRLƏRİ, VİDEO