“Sür, cərimə meydançasında aydınlaşdırarıq”.
BNA dayanma və durma qaydalarının pozulmasına görə - CƏRİMƏ YAZA BİLMƏYƏCƏK – YENİ QANUN
Bəzi sürücülərin dediyinə görə, bu cümləni avtomobilləri cərimə meydançasına aparılarkən tez-tez eşidirlər. Bu zaman isə tərəflər arasında fikir ayrılıqları yaranır.
Bəs, nəqliyyat vasitəsi hansı hallarda cərimə meydançasına yerləşdirilə bilər?
FED.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirir ki, normativ tələblər pozulmadığı təqdirdə avtomobili cərimə meydançasına aparmaq qanunsuzdur.
Ekspert deyir ki, sürücülərin özləri də bu məsələdə hüquqlarını yaxşı bilməlidirlər.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli “Xəbər Ertəsi”nə bildirib ki, Dövlət Yol Polisi əməkdaşları heç bir halda səbəb göstərmədən nəqliyyat vasitəsini cərimə meydançasına apara bilməz. Nəqliyyat vasitələrinin idarəetmədən kənarlaşdırılması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun tətbiq edilir.
Sadalanan 30-a qədər belə fakta görə nəqliyyat vasitəsinin idarəetmədən kənarlaşdırılması qərarı verilibsə, Dövlət Yol Polisi əməkdaşları ilə əlavə mübahisə aparmaq və tabesizlik nümayiş etdirmək tövsiyə olunmur. Araz Əsgərli vurğulayıb ki, bu hal İnzibati Xətalar Məcəlləsində daha ağır hüquqi məsuliyyətlər yaradır. (Xezerxeber.az)