Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə edə bilməyəcək.
FED.az xəbər verir ki, bu fevralın 1-də təsdiqlənən bir sıra qaun və fərmanlara dəyişikliklərldən sonra qüvvəyə minib.
"Yol hərəkəti haqqında qanun", "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun, eləcədə bu sənədlərin qüvvəyə minməsi və tətbiqi ilə bağlı dövlət başçısının bəzi fərmanlarlna edilən dəyişikliklər çərçivəsində “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib.
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında 4.52-ci bənddən “həmin Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi, habelə” sözləri çıxarılıb.
Bu maddələr – 346.1. dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cəriməni, 346.2. isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cəriməni nəzərdə tutur.
Dəyişikliyə əsasən, Bakı Nəqliyyat Agentliyindən bundan sonra göstərilən maddələr üzrə cərimə etmək səlahiyyəti ləğv edilib.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüsüynov bildirib ki, İnzibati Xətalar Məcəlləsinə fevralın 1-i edilən və fevralın 2-də qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq. Lakin cəriməni yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.
"Bu gün edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edildi. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır".