Avropa avtomobil istehsalçıları ciddi maliyyə çətinlikləri ilə üzləşərək, səhmlərinin dəyərində böyük itkilər yaşamaqdadır.
«BMW 5-ci seriya» və «Mercedes-E-klass»a rəqib gəlir – 500 MİN ƏDƏD SATILIB - FOTOLAR
FED.az xəbər verir ki, Avropadakı avtomobil istehsalçılarının səhmlərinin daxil olduğu “STOXX Auto & Parts” indeksinin kapitallaşması təxminən 10 milyard dollar azalıb. Bu geriləmə, xüsusilə “Aston Martin” və “Stellantis” kimi böyük avtomobil şirkətlərinin səhmlərinin qiymətlərinin enməsi ilə bağlıdır.
“Aston Martin” lüks avtomobil istehsalı ilə tanınan şirkətdir, lakin son dövrlərdə qarşılaşdığı maliyyə problemləri və bazar şəraitindəki çətinliklər, onun səhmlərinin dəyərində ciddi azalmaya səbəb olub. Eyni zamanda, “Stellantis”, dünyanın aparıcı avtomobil istehsalçılarından biri olaraq, bir neçə avtomobil markasını bir araya gətirir, lakin qlobal bazarda baş verən tələbat azalması və Çin kimi güclü rəqiblərin təsiri altında onun da səhmlərinin dəyəri aşağı düşüb.
Stellantis bir ildə 13% dəyər itirib, Aston Martin isə təxminən 24% ucuzlaşıb. Bu iki şirkətin gəlir proqnozlarını aşağı salması və mənfəət xəbərdarlıqları, investorların bazardan çıxmasına və qiymətlərin azalmasına səbəb olub.