Fransa polisi avtomobili təhlükəli idarə etməyə görə, iki BMW avtomobilini utilizasiyaya göndərib.
Azərbaycanda bankın maşınları - SATIŞA ÇIXARILIR – QİYMƏTLƏR
Avtomobil hansı hallarda cərimə meydançasına aparıla bilər? - VİDEO
FED.az xəbər verir ki, avtoxuliqanlara qarşı mübarizə məqsədilə atılan addımdan sonra, polis video yayaraq E34 və E36 modellərinin press-də necə əzildiyini və doğrandığını da nümayiş etdirib.
Qeyd edək kİ, bu Fransada avtoxuliqanlara qarşı ilk belə hal deyil. Ümumiyyətlə Avropa və Amerikada təhlükəli sürməyə və ətrafdakılara təhlükə yaratmağa görə, avtomobil sahiblərinə qarşı sərt cəzalar mövcuddur.
Avtomobillərin sahibləri bpolisin bu addımından narazı qalıblar. Onlar iddia edirlər ki, drifti ümumi istifadədə olan yollarda deyil, sənaye məhəlləsində ediblər. Üstəlik, polis vəkilin bu işə qarışmasını gözləmədən maşınları xurd-xəşil edib.
Ümumiyyətlə Fransada avtomobil qaydaları ilə bağlı sərt cəzalar mövcuddur. Belə ki, burada sərxoş sürücüləri 3 illik sürücülük hüququndan məhrum edir, hətta 3 il müddətinə həbs edə bilərlər.
ABŞ-da da oxşar tədbirlər görülür, mayın ortalarında Los-Ancelesdə podlis küçə yaraşları təşkil edənlərin avtomobillərini əllərindən alaraq müsadirə edib, üstəlik, avtomobil yarışının tamaşaçıları da cəzasız qalmayıb, yaxın 150 metr radiusunda olanlar hərəyə 2000 dollar cərimə edilib.
Amma avtoxuliqanlara qarşı ən sərt cəzalardan biri avtomobilin onun əlindən alınaraq müsadirə olunmasıdır. Bir qədər əvvəl ABŞ-da Texas ştatında polisdən qaçmağa cəhd edən avtoxuliqanın «Dodge Challenger SRT Hellcat Redye» markalı avtomobili müsadirə edilib. Saatda 258 km sürətlə polisdən qaçmağa cəhd edən xuliqandan alınmaş 1080 at gücü olan maşını indi polisin özü xuliqanları tutmaq üçün istifadə edir.
Çexiyada isə müsadirə olunan «Ferrari 458 Italia»ya 15 min avro xərcləyəndən sonra polislər onu xidməti maşın kimi istifadə etməyə başlayıblar.
Portuqaliyada isə canayətkarlardan müsadirə edilmiş «Nissan GT-R» avtomobilini donor orqanların daşınmasında istifadə edəcəklər.