Dünəndən sürücülərin utilizasiya haqqı ödəmələri ilə bağlı qərar qüvvəyə minib.
Utilizasiyaya verilən avtomobillər üçün birdəfəlik ödənişlər ödəniləcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, avtomobillərin texniki baxışı zamanı sürücülər istehsal tarixi 10 ili keçmiş avtomobillər üçün dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödəyəcəklər.
İdxal olunan avtomobillər üçün isə bu ödəniş daha çoxdur və gömrük rəsmiləşdirilməsi zamanı həyata keçiriləcək.
Ekspertlər hesab edirlər ki, ölkəyə gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən utilizasiya haqqı həmin nəqliyyat vasitələrinin satış qiymətlərinə də təsir edəcək.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, yeni gətirilən avomobillərin qiymətində ortalama 300-500 dollar artım gözlənilir.
Ekspertlər onu da qeyd edirlər ki, avtomobil alveri ilə məşğul olan bəzi şəxlərin qiymətləri sırf utilizasiya haqqı qədər deyil, daha çox artıracağı gözlənir. (Xezerxeber.az)