ABŞ-ın Kaliforniya ştatının hakimiyyət orqanları 2035-ci ildə benzin mühərrikli yeni avtomobillərin satışını qadağan edəcək.
Eləcə də bax: Azərbaycanda istismar müddəti köhnələn maşınlar niyə çoxalıb? - SƏBƏB
FED.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Qevin Nyusom bildirib.
"Bu, bizim ştatımızın iqlim dəyişikliklərinin nəticələri ilə mübarizə aparmaq üçün təşəbbüs edə biləcəyi ən əhəmiyyətli addımdır", - o qeyd edib. Qubernator xatırladıb ki, Kaliforniyada atmosferə karbon qazı tullantılarının yarıdan çoxu nəqliyyat vasitələrinin payına düşür.
"Biz uzun müddət uşaqlarımıza və yaxınlarımıza avtomobillərin işlənmiş qazının çirkləndirdiyi hava ilə nəfəs almalarına imkan verdik. Bizə uşaqlarda astmanın yaranmasına səbəb olmayan maşınlar lazılmdır. Avtomobillərin işlənmiş qazları buzlaqların əriməsinə və okeanın su səviyyəsinin qalxmasına səbəb olmamalıdır", - deyə o bildirib.
Kaliforniya ştatı ən böyük avtomobil bazarlarından biridir. ABŞ-da satılan avtomobillərin 11 faizi bu ştatın payına düşür. (Report)