“Sumqayıt Kimya Sənaye Parkı” MMC (SKSP) Sumqayıt şəhərində avtomobil dayanacağının tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün şirkət seçir. FED.az xəbər verir ki, bu barədə cəmiyyətdən məlumat verilib.
Seçim təkliflər sorğusu metodu ilə keçirilir. İştirak haqqı 260 manatdır.
Sorğunun şərtlərinə görə, tenderin qalibi S.Vurğun küçəsi, 1183 ünvanında 94,13 ha ərazidə avtomobil dayanacağının tikintisi ilə bağlı layihə-smeta sənədlərini hazırlamalıdır.
Şirkətlər təkliflərini 17 may saat 13:00-dək təqdim edə bilər. Təklif zərfləri 17 may saat 17:00-da açılacaq.
Əlaqə telefonu: (012) 488-80-65.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı və Balaxanı Sənaye Parkının operatorudur.
Eləcə də bax: Azərbaycanda bəzi tenderlər keçmiş tarixlə - ELAN EDİLİR
©Marja