2025-ci ilin ilk 6 ayında Azərbaycana idxal olunan hibrid avtomobillərin sayında və ümumi dəyərində əhəmiyyətli artım müşahidə olunub.
Elektromobil idxalı yarıbayarı azaldı: 6 ayın rəqəmləri
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Hesabat dövründə ölkəyə 23 min 1 ədəd hibrid avtomobil gətirilib.xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 min 42 ədəd və ya 156,73 faiz çoxdur. 2024-cü ilin ilk yarısında cəmi 8 min 959 ədəd hibrid avtomobil idxal olunmuşdu.
Dəyər baxımından da artım diqqətçəkicidir. Əgər 2024-cü ilin ilk 6 ayında bu tip avtomobillərin idxalına 266 milyon 126 min 470 dollar xərclənmişdisə, 2025-ci ildə bu rəqəm 472 milyon 962 min 870 dollara yüksəlib. Beləliklə, idxal dəyəri 77,72 faiz artıb.
Lakin orta idxal qiymətində ciddi azalma qeydə alınıb. 2024-cü ildə 1 hibrid avtomobilin orta idxal qiyməti 29 min 705 dollar idisə, 2025-ci ildə bu göstərici 20 min 563 dollara düşüb. Bu isə 30,78 faiz ucuzlaşma deməkdir.
Manatla hesablandıqda da azalma aydın görünür: əgər keçən il 1 avtomobilin idxal dəyəri 50 min 498 manat idisə, bu il bu məbləğ 34 min 957 manata düşüb. Beləliklə, hər avtomobil üzrə idxal qiyməti 15 min 541 manat ucuzlaşıb.