2023-cü ilin yanvar-noyabr aylarında Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş təqribən 7 min ədəd minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi tədarük edilib.
Texniki baxışla yanaşı sürücülərin utilizasiyaya görə ödəyəcəkləri - RÜSUMLARIN MƏBLƏĞİ
FED.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Hesabat dövründə tədarükün dəyəri $141 milyon təşkil edib.
ÇXR Baş Gömrük İdarəsi ötən ilin müvafiq dövrü üzrə məlumatı açıqlamayıb.
Noyabrda Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı sentyabr ayına nisbətən miqdar ifadəsində 36,4% - təxminən 950 ədədə qədər artlıb, dəyər ifadəsində isə aydan aya 44,3% - $22,8 milyona qədər artıb. (İnterfaks-Azərbaycan)