Bu ilin ilk 11 ayında (yanvar-noyabr) Azərbaycana ümumi dəyəri 1 milyard 999 milyon dollar olan 104 min 404 ədəd avtomobil idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 325,6 milyon dollar və ya 19,5%, miqdar ifadəsilə isə 21 min 478 ədəd, başqa sözlə 25,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 1 milyard 673 milyon dollar dəyərində 82 min 926 ədəd avtomobil gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycana idxal edilən bir avtomobilin orta qiyməti 19 min 145 dollar (təxminən 32 min 547 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 20 min 177 dollar (təxminən 34 min 301 manat) idi. Bu da illik müqayisədə 1 032 dollar (1 754 manat) və ya 5,1% ucuzlaşma deməkdir.










