100 kiloqmetr yola cəmi 0,45 litr yanacaq istifadə edir, təkcə enerji ilə gekdiş ehtiyatı 204 kilometr təşkil edir.
Bakıda qanunsuz parklanma ilə bağlı reydlər başlayır - YOL POLİSİNDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, Çinin avtomobil nəhəngi olan «Great Wall» şirkəti yeni hibrid korossoveri - WEY Mocha DHT-PHEV üçün sifarişlərin qəbuluna başlayıb.
DTX-nın 8 avtomobil satışa çıxarılır – Qiyməti 3000 Manatdan - SİYAHI
Qiymətlər 47 min dollardan başlayır, daha dəqiqi, baza komplektasiyasının qiyməti 47 067 dollar, daha geniş paket isə 49 586 dollardır.
«WEY Mocha DHT-PHEV» krossoveri «L.E.M.O.N,» platforması üzərində buraxılır, bu istifadəçilərə «Haval Jolion» krossoverindən tanışdır. Avtomobildə iki motor var – 1,5 litrlik daxili yanma mühərriiki və elektromotor 177 at gücü təmin edir. Maşın təkcə elektriklə birdəfəyə 204 kiloetr gedə bilir, 100 km/saat sürəti isə 4,8 saniyəyə yığır. Hibrid rejimində yanacaq sərfi 100 km-ə 0,45 lirtdir, təkcə yanacaqla isə 100 km-ə 5,5 litr benzin yandırır. Avtomobil orta ölçülərə malikdir, qabarit ölçüləri 4875 x 1960 x 1690 mm, təkər bazası (iki təkər oxu arasında məsafə) isə 2915 mm təşkil edir.
Çinin daha bir avtomobil nəhəngi «Chery» şirkəti də öz hibrid krossoverini təqdim edib. 1000 kilometr gediş limiti olan və 100 kilometrə 1 litr yanacaq sərf edən hibrid krossover «Chery Exeed ET-I» üçün Çində ilkin sifarişlər artıq başlayıb.
«Chery Exeed ET-i»nin qabarit ölçüləri 4533 x 1848 x 1699 mm təşkpl edir. Avtomobil Star Nuclear Power ET-i superhibrid sistemi lə təchiz edilib. Bura 1,5 litrlik benzin mühərriki və iki elektrik mühərriki aiddir. Krossoverdə 9 fərqli hərəkət rejimi nəzərdə tutulub.
İntellektual sistemin tətbiqi sayəsində ümumi yanacaq sərfi 100 kilometr üçün 1 litr ətrafında dəyişir. Maşının elektriklə gediş ehtiyatı 105 kilometrdir. Akkumulyator tamamilə sönəndə isə yanacaq sərfi 100 km üçün 4,8 litri keçmir. Ümumilikdə isə gediş ehtiyatı (həm benzin, həm də elektriklə) 1000 kilometrdir.