Neftdən asılılığı azaltmağa çalışan Azərbaycanın əsas seçimlərindən biri kənd təsərrüfatı, xüsusilə də ixrac imkanı olan meyvələrdir.
Azərbaycanın nar ixracı 37% artıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, ölkəmizdə becərilən özünəməxsus, yerli növləri ilə tanınan meyvələrdən biri də nardır. Sağlamlığa faydalılığı, xüsusilə güclü antioksidant olması və Avropada tanınması Azərbayan narının ixrac imkanlarını artırır.
Hacıqabul Sənaye Parkında yeni şirkət - Nar şirəsinin istehsalı zavodu qurulacaq
Hazırda nar ölkəmizdən xaricə ixrac olunan əsas meyvələrdəndir. Amma bu sahədə həllini gözləyir ciddi problemlər var. Əsas problem isə bu illər ərzində Azərbaycan narının hələ də iki əsas bazara Avropa və Çin bazarlarına çıxa bilməməsidir.
Nar bağlarının sığortasına başlanılıb
Bunun üçün hansı məsələlər həll edilməlidir? Nar bağı salan sahibkarlar nəyə diqqət etməlidir və xaricə satmaq üçün hansı nar növləri daha sərfəlidir?
FED.az-ın bununla bağlı suallarını Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov cavablandırır.
Bu il nar yığımı rekord vurub, hər 6 kilodan 1-i ixrac edilir.
2024-cü ildə Azərbaycanda nar mövsümü uğurlu olub. Yığılan narın miqdarı rekord vurub – təqribən 193 min ton (192 582 ton). Bundan təqribən 33 900 ton ixrac edilib. Qürurla demək istəyirəm ki, ötən nar ixracı 2023-cü illə müqayisədə 5300 ton artıq olub.
Xaricə ixrac edilən 33 900 ton nar meyvəsindən Azərbaycan 29 milyon 785 min ABŞ dolları gəlir əldə edib.
Narın kiloqramı xaricə 1,6 manata satılır
İxracdan əldə olunan gəlirin az olmasının əsas səbəblərdən biri narın dünya bazarında qiymətinin aşağı olması, həmçinin Azərbaycanın əsas ixrac bazarı olan Rusiyada rublun dəyərinin aşağı düşməsidir. 2023-cü il üçün nar meyvəsinin gömrükdən çıxış qiyməti ortalama 0,879 ABŞ dolları olub.
18 ölkəyə satılır, amma əsas bazar Rusiyadır
Azərbaycan narı ümumilikdə 18 ölkəyə ixrac olunur. Əvvələr nar 12-26 ölkəyə satılırdı, indi isə 18 ölkəyə Azərbaycan narı ixrac olunur.
Xaricə ixrac olunan 33 min 900 ton məhsulun təqribən 86 faizi Rusiya Federasiyasına satılır.
Bir az üzücü xəbər odur ki, Rusiya bazarında müəyyən iqtisadi məsələlərin baş verməsi, rus rublunun dəyərinin itirməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsinə görə, bu ölkədə Azərbaycan narının qiyməti bir qədər ucuzlaşıb.
Dünyanın ən böyük Çin bazarına hələ də çıxa bilmirik
Hazırda Çin bazarı maraq dairəsində olan bazardır. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda istehsal olunan içkilər Çinə ixrac edilir, amma əfsuslar olsun ki, qida məhsulları, xüsusilə meyvələrimiz Çinə ixrac oluna bilmir.
Bu günə qədər nar şirəsi, nar şərabı istisna olmaqa heç bir meyvə Çin bazarına daxil olmayıb. Baxmayaraq ki, Çində Azərbaycan məhsullarına böyük maraq var. Amma məhsulların bu ölkəyə ixracı üçün qida məsələsi ilə bağlı hökümətlərarası razılaşma imzalanmalıdır.
Xahiş edirik - nar bazarında Rusiyadan asılılığı azaltmaq lazımdır
Biz çox xahiş edirik ki, bu gün strateji əhəmiyyətli əlaqələri və artan dotstluq münasibətlərini nəzərə alaraq 86 faiz Azərbaycan narının Rusiya bazarında satışından asılılığın aradan qaldırılması üçün qeyd etdiyim bazarlara Azərbaycan narını çıxara bilərik.
Nar əkən fermerlərin problemləri var
Ümumiyyətlə son illər nar istehsalında böyük inkişaf olsa da, bu sahədə çalışan fermerlərin müəyyən problemləri də mövcuddur. Mil-Muğan Aran regionunda, dağlıq Şirvan dağətəyi zonalarında bəzi hallarda suvarmada müəyyən çətinliklər yaşanır.
Bundan başqa dərman, gübrə, pestisitlərin ölkəyə gətirilməsi zamanı xarici münaqişələr və müharibələr səbəbindən logistika xərclərinin artırılması, ölkəyə idxal edilən dərman, gübrə, pestisitlərin qiymətində də artıma səbəb olur, bu da fermerlərin xərclərini artırır, onları bir qədər çətin vəziyyətə salır.
Həmçinin fermerlərin maarifləndirilməsinin bir az aşağı olması, bundan başqa maliyyə əlçatanlığının o qədər də asan olmaması, fermerlərdə il ərzində aqrotexniki qulluq proseslərindəki maliyyə məsələlərinə təsir edir.
Nar xərçəngə qarşı təbii vasitədir, dünyada tələbat artır
Əvvəlki illərə nəzər salsaq, xüsusilə pandemiya dövründən sonra dünyada nar şirəsinə və nara təlabat artıb. Bunun səbəbi narın antioksidant tərkibli olması, eləcə də tərkibindəki vitaminlərin zənginliyidir.
Buna görə də biz Azərbaycan narının marketinqini, reklamını düzgün aparsaq, bu fəlsəfədən düzgün istifadə etsək ixracımız kifayət qədər artacaq.
Onu da nəzərə alaq ki, dünyada Azərbaycan narı heç bir nar meyvəsi ilə müqayisə olunmur. Onun turşaşirinlik tərkibi, meyxoş tərkibi olması, füsunkar dadı bütün meyvələrdən xüsusilə seçilir. Dünyanın tanınan ölkələrində Azərbaycan narına təlabat artıqdır.
İş adamları xarici deyil, milli sortları əksinlər, yoxsa problemlər yaranacaq
Ənənəvi, milli sortlarımızın inkişafı bizim üçün prioritetdir. Fermerlərdən xahişimiz və tövsiyyəmiz olur ki, bağlarda milli sortlarımızın artırılması üzərində çalışsınlar. Təbii ki, burada obyektiv və subyektiv səbəblər ola bilər. Doğrudur, milli sortlarda məhsuldarlıq bir az aşağı ola bilər.
Bəzi hallarda böyük bağlarda fermerlər tərəfindən xarici ölkələrdən tinglərin gətirilməsi və əkilməsi müşahidə olunur. Onlara da tövsiyyəmiz odur ki, milli sortlarımızın üzərində çalışaq, seleksiya vasitəsilə onların genefonuna təsir etməməklə o sortları inkişaf etdirək.
Gələcəkdə nar sortlarımızı artırmasaq müəyyən müddətdən sonra problemlərimiz başlaya bilər. Düzdür bu problemlər bu gün müşahidə olunmur, amma proqnozları biz istehsalı gücləndirməliyik və keyfiyyəti artırmalıyıq.
Bunun üçün yeni salınan bağlarda müasir tipli bağlarda, intensiv bağlarda, intensiv bağlarda milli sortlarımızın zənginləşdirilməsi ilə məsləhətlər veririk.
Bol məhsul üçün damcılı suvarma sistemi qurulmalıdır
Bu gün dünya inkişaf edir, innovasiyalardan istifadə artır və aqrotexniki qulluq zamanı innovasiyaların və müasir texnologiyalardan istifadə məqsədəuyğundur. Əsas işlərdən biri nar bağlarında damcılı suvarma sistemlərinin artırılmasıdır. Bilisriniz ki, ənənəvi suvarma ilə müqayisədə damcılı suvarma məhsuldarlığa kifayət qədər təsir edir. Fermerlər az xərclə daha çox məhsuldarlıq əldə edə bilər.
Ərəb ölkələrində və Avropada nara kifayət qədər tələb var
Sevindiricidir ki, artıq emal müəssisələrimiz tədrükü kifayət qədər artırıblar. Lakin gələcəkdə süfrə narından əlavə texniki sortlarımızın da artırılması, emal müəssisələrində həm şirəyə, həm konsentrata, həm nar şərabına, həm alkoqollu içkilərə qeyd etdiyim kimi qonşu ölkələrdə, xüsusilə Ərəb Körfəzi, Avropa ölkələrində də nar şirəsinə kifayət qədər təlabat var.
Fars körfəzi dövlətləri ilə də danışıqlarımız davam edir. Yaxın illərdə bu ixracın gerçəkləşməsi üzərində əlimizdən gələni edirik.
Müəyyən biznes layihələrin üzərində çalışırıq. Nar tumunun emalı kifayət qədər zəngin məhsuldur. Balıq, quş yemində, kosmetologiyada, farmakologiyada istifadə edilir.
Avropaya nar ixrac etmək asan deyil – GAR sertifikatı lazımdır
Avropa İttifaqı ölkələri nar ixracı üçün müəyyən qədər çətin tələblərin olduğu ölkələrdir. Bu bazarlara daxil olmaq üçün fermerlərdən “Global GAP” və digər sertifikatlar tələb olunur. Sertifikatın alınması üçün nara xüsusi baxım, aqrotexniki qulluq proseslərində bu ölkələrin tələb etdiyi dərman, gübrə, pesisitlərin istifadəsi məcburdur.
Xaricə satmaq üçün hansı nar növü daha sərfəlidir?
İxrac üçün ən əlverişli nar növləri arasında «Güleyşə», «Vələs», «Qırmızıqabıq» nar sortlarını qeyd edə bilərik. Adı çəkilən narlar Rusiya və digər bazarlarda öz dadı ilə kifayət qədər alıcı kütləsinə sahibdir. Həmçinin qalın qabıq nara təlabat böyükdür.
Nar bağı salanda torpağı da düz seçmək lazımdır
Ümumiyyətlə hazırda nar bağlarının salınmasına böyük maraq var. Bağların salınması iş adamları tərəfindən maraq dairəsindədir. Fermerlərə, iş adamlarına tövsiyyəmiz ondan ibarətdir ki, nar bağlarının salınmasından öncə düzgün torpaqlar seçsirnlər. Suvarmaya çıxışın əldə edilməsi, regionlarda yerləşən soyuducu anbarların yaxınlığında seçilən torpaqlar daha uğurlu olur. Məsələn yanvar ayında da soyuducu anbarlarda olan nar meyvəsi müəyyən qədər qeyd etiyimiz ölkələr ixrac olunub. Yəni bu sahəyə maraq böyükdür.
Dövlətin 3 faizlik ixrac təşviqi yenə bərpa olunmalıdır
Bir məsələni də qeyd edim ki, dövlət tərəfindən 3 faiz ixrac təşviqi mexanizmi var. Yəni ixrac etdiyimiz rəqəmin 3 faizi qədər ixrac təşviqi fermerlər ala bilirdi. Bunun da bərpa edilməsi sahənin inkişafına töhfə verə bilər. Kifayət qədər subsidiya mexanizmi artırılıb. Aidiyyatı qurumlar bu sahənin inkişafı üçün kömək edirlər, biz bu qurumlarla çalışırıq.