Azərbaycanda çoxsaylı mühafizə tenderlərini qazanması ilə məşhur olan «Gesco» mühafizə xidmətləri şirkətinin vəziyyəti məlum olub.
Azərbaycanda mühafizə tenderlərini kimlər udur? – YARISI BİR ŞİRKƏTİNDİR - SİYAHI, MƏBLƏĞLƏR
Hesabata keçməzdən əvvəl FED.az xatırladır ki, «Gesco» şirkəti təkcə 2022-ci ildə müxtəlif dövlət qurumlarından tenderlər vasitəsilə 6 milyon manatlıq sifarişlər alıb və ölkədə açıqlanan mənbələr üzrə ən çox sifariş alan azsaylı mühafizə şirkətlərindən biridir.
"Gesco" şirkəti nazirlikdən 4,8 milyon manatlıq mühafizə tenderi uddu - NƏTİCƏ
FED.az şirkətin illlik hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə «Gesco» şirkətinin gəlirləri 25,5 milyon manatı və ya 15 milyon dolları keçib. Bu ötən illə müqayisədə 2 milyon manat və ya 8% artıqdır.
"Gesco" şirkəti bu qurumun mühafizəsini yarım milyon manata təşkil edəcək
Şirkətin bu xidmətlərlə bağlı xərcləri – satışların maya dəyəri isə 20,9 milyon manat olub.
Çoxsaylı mühafizə sifarişləri alan şirkət bu dəfə - MƏHKƏMƏYƏ VERİLDİ
Nəticədə «Gesco» ili 4,6 milyon manat ümumi mənfəətlə tamamlayıb. Vergilər, o cümlədən 823 min manat mənfəət vergisi çıxıldıqdan sonra «Gesco»-nun 2022-ci il üzmə xalis mənfəəti 3 milyon 421 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 500 min manat artıqdır. Ümumiyyətlə açıqlanan rəqəmlər göstərir ki, «Gesco» adətən ildə 3 milyon manat tərafında mənfəət əldə edir.
2022-ci ilin nəticələri üzrə əldə edilən mənfəət tam olaraq dividend şəklində şirkətin səhmdarlarına ödənilib.
Son bir ildə şirkət sürətlə böyüyüb – aktivləri 2,7 dəfə artaraq 10,7 milyon manatdan 27,7 milyon manata yüksəlib. Belə sürətli artım əsasən qısamüddətli aktivlərin – yəni maliyyə vəsaitlərinin hesabına olub – 2021-ci ilin sonunda cəmi 8 milyon olan qısamüddətli aktivlər 2022-ci ilin sonunda 3 dəfə artaraq 26 milyon manata yüksəlib.
Şirkətin əmlaklarının həcmi isə əksinə, azalaraq 2,6 milyon manatdan 1,8 milyon manata enib.
Aktivlərin belə sürətli artımı şirkətin öhdəliklərinin artiımı ilə bağlıdır- 2022-ci ildə «Gesco» şirkəti təqribən 17 milyon manatlıq uzunmüddətli öhdəlik – borc cəlb edib. Onun hesabına aktivlər kəskin artıb.
Şirkətin kapitalı isə dəyişməyərək 4 min manat həddində qalıb.