Azərbaycanda “Yer təkinin istifadəyə verilməsi üzrə hərrac (auksion və müsabiqə) predmetinin başlanğıc qiymətinin və hərracda iştirak haqqı məbləğinin hesablanması Metodikası”nın təsdiq edilib.
19 yataq hərracda satılır - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının sədri Muxtar Babayev qərar imzalayıb.
Müsabiqəyə çıxarılan filiz faydalı qazıntı yataqları üzrə faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi faydalı qazıntının növündən və yatağın tipindən asılı olaraq müxtəlif olub “Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 176 nömrəli Qərarı əsasında müəyyən edilən texniki-iqtisadi göstəricilərdən (meyarlardan) ibarətdir.
Qərara əsasən, hərracda (auksion və müsabiqə) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri) hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (lot üzrə) müəyyən edilib:
- ehtiyat həcmi 200 000 kubmetrədək - 540 manat,
- ehtiyat həcmi 200 000 kubmetrdən 500 000 kubmetrədək - 810 manat,
- ehtiyat həcmi 500 000 kubmetrdən yuxarı olduqda – 1 080 manat təşkil edəcək.