Karantin rejiminin yumşaldılması Bakıda kommersiya obyektlərinin satış qiymətinin bahalaşmasına səbəb olub.
Eləcə də bax: Bakıda 1722 manata - Kirayə Mənzillər Verilir
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, sentyabr ayında Bakıda kommersiya obyektlərinin qiyməti 3,70 faiz bahalaşıb.
Kommersiya obyektlərinin bir kvadratmetrinin orta qiyməti 3420 manat təşkil edib. Sentyabr ayında 452 kommersiya obyekti satışa çıxarılıb.
Lakin sentyabr ayında kommersiya obyektlərinin icarə qiyməti ucuzlaşıb. Belə ki, ötən ay bu obyektlərin icarə qiyməti 4,85 faiz ucuzlaşıb.