Hərracda 17 faydalı qazıntı yatağı istifadəyə verilib. Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, faydalı qazıntı yataqlarından birinə edilən təklif start qiymətindən 30 dəfə çox olub.
Vergi ödəməyənlərin əmlakları hərracda satılır - SİYAHI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, 5 iyun tarixində keçirilmiş hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7.079 manatdan 201.000 manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklif 15.000 manatdan 236.000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13.897 manat olan “Kürdçü” qum yatağı 200.000 manata istifadəyə verilib.
Qeyd edək ki, hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı, gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyə verilib.
Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə https://bit.ly/45k7ZOU linki vasitəsilə tanış olmaq mümkündür.